Tunisli qadınların təyyarələrinə minməsinə icazə verməyən Birləşmiş Ərəb Əmirliklərinə Tunisdən sərt cavab

Tunisli qadınların təyyarələrinə minməsinə icazə verməyən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Tunisdən sərt cavab verilib. Belə ki, Tunis Nəqliyyat Nazirliyi BƏƏ-yə məxsus məşhur “Emireyts” hava limanından Tunisə gələn bütün uçuşlara qadağa qoyub.

Açıqlamada bildirib ki, ortaq həll yolu tapılana qədər beynəlxalq hüquqa əsasən uçuşlar təxirə salınıb.

BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş verdiyi açıqlamada bildirib ki,  Tunisli qadınlarla bağlı qərar müvəqqətidir. Belə ki, ötən həftə bir neçə Tunisli qadının terror hadisəsi törədə biləcəyi ehtimal edilərək ölkəyə buraxılmayıblar.

ONN media