Türk əsgərinə hücum edildi

Suriyanın İdlib bölgəsində rejim qüvvələrinin nəzarətindəki ərazidən Türkiyənin nəzarətindəki ərazidə yerləşən 9-cu müşahidə məntəqəsinə hücum edilib.

ONN media xəbər verir ki, hücum nəticəsində ölən və yaralanan olmayıb.

Türkiyə tərəfi faktla bağlı dərhal Rusiya tərəfi ilə təmas qurub.