ONN İnformasiya Agentliyi

Türk əsgərləri terrorçulara aman vermir – Bu dəfə…

Türk əsgərləri terrorçulara aman vermir – Bu dəfə…
11 Mart 2021 - 22:38

Suriyadan Türkiyəyə qanunsuz yolla girməyə cəhd edən 3 terrorçu saxlanılıb.

ONN media  xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

Bildirilib ki, Mardində vəzifələrini icra edən sərhəd personalı Suriyadan ölkəyə qanunsuz yolla girməyə cəhd edən 3 nəfəri yaxalayıb.

Saxlanılan terrorçulardan ikisinin terror təşkilatı İŞİD-a üzvü olduğu və Suriyada silahlı fəaliyyət göstərdikləri məlum olub.

“Sərhəd xəttlərində xidmət göstərən əsgərlər terrorçulara aman vermir”, – deyə nazirlikdən bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png