Türk ordusu 343 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD kimi qruplaşmalara üzv olan azı 343 terrorçu zərərsizləşdirilib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Baş Ordu Qərargahı məlumat yayıb.

Afrinin PYD/PKK terrorçularından təmizlənməsi ilə bağlı “Zeytun budağı” əməliyyatı plan üzrə davam edir.

Bəyanatda Türkiyə Hərbi Hava Qüvvələrinin Afrində PKK/KCK/PYD-YPG  və İŞİD-ə aid 23 obyekti məhv etdiyi qeyd olunur.

Hava reydlərində iştirak edən 13 təyyarənin təhkim olunduqları hərbi hava bazalarına qayıtdığı bildirilir.