Türk ordusu şəhidlərin qisasını belə aldı

Türkiyə ordusu 5 PKK terrorçusunu məhv edib.

ONN media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

“Şəhidlərimizin qisası alındı. Şırnakın Bestler Dərələr bölgəsində başladılan əməliyyatda 5 terrorçu məhv edildi. Terrorun kökü kəsilənə qədər davam edəcəyik”, – nazir bildirib.