Türk respublikasının rəhbəri ermənini özünə müşavir götürdü

Savarş Karapetyan Başqırdıstan Respublikası rəhbərinin müşaviri təyin olunub.

ONN media xəbər verir ki, bu barədə respublikanın rəhbəri Radiy Habirov fərman imzalayıb.

19 may 1953-cü ildə Ermənistanın Kirovakan bölgəsində doğulan Karapetyan, regionun idman və bədən tərbiyəsi işləri üzrə məsuliyyət daşıyacaq.