Türk səfirliyində bayraqlar aşağı endiriləcək

Azərbaycanın müstəqilliyi və istiqlalı uğrunda verilən mücadilənin dönüş nöqtələrindən biri halına gələn 20 yanvar 1990-cı il qətliamı əsla unudulmayacaq.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən daxil olan məlumatda bildirilir.

Açıqlamada daha sonra deyilir:

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bundan 28 il öncə canlarını müstəqillik uğrunda fəda edən şəhidlərimizi rəhmətlə anır, bu acı günündə qardaş Azərbaycanın kədərini paylaşırıq. 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar 19 yanvardan 20 yanvara keçən gecə səfirliyimizdə, Naxçıvan və Gəncə baş konsulluqlarımızda və Türk Şəhidliyində bayraqlar yarıya endiriləcək.

ONN media