ONN İnformasiya Agentliyi

Türkiyə ABŞ əleyhinə bu addıma imkan vermədi – Qüds Zirvəsi

Türkiyə ABŞ əleyhinə bu addıma imkan vermədi – Qüds Zirvəsi
14 Dekabr 2017 - 9:39

İslam Əməkdaşlıq Təşkilatının ötən gün İstanbulda keçirilmiş iclasında əsas məqsəd ABŞ-ın Qüdslə bağlı məlum qərarını boykot etmək idi.

Bu sözləri Axar.az-a açıqlamasında Nəzakət Məmmədova deyib. O bildirib ki, burada maraqlı məqam bəzi ərəb ölkələrinin ABŞ-a qarşı sanksiyalar təklif etməsinə Türkiyənin qarşı çıxması oldu:

“Toplantıda Fələstinin paytaxtı olaraq Qüdsün tanınmasına dair çağırış etmək bütün iştirak edən ölkələrin ortaq qəbul etdiyi qərardır. Ancaq Türkiyə ABŞ-a sanksiyalar təklifinə qarşı çıxdı və bunu ABŞ kimi böyük dövlətə ərəb ölkələrinin sanksiya tətbiq etməsinin mümkün olmaması ilə əlaqələndirdi. Ona görə də ABŞ-a qarşı sanksiya tətbiq etməklə bağlı ərəb ölkələrinin çağırışı bəyanatda əksini tapmadı".

Qeyd edək ki, ötən gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı fövqəladə iclası keçirilib.

ONNmedia

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png