Türkiyə ABŞ-ın YPG-yə silah verdiyi limanı ələ keçirdi

ABŞ-ın terrorçulara silah daşıdığı hava limanı bombalanıb.

ONN media xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Sabah” qəzeti yazıb. Məlumata görə, Türkiyə Hərbi-Hava Qüvvələrinin keçirdiyi "Zeytun" əməliyyatı zamanı ABŞ-ın YPG terror təşkilatına silah yardımı üçün istifadə etdiyi Minniğ hava limanını bombalanıb.

TSQ sözügedən hava limanının ələ keçməsinin ABŞ-ın YPG-yə dəstəyinin azalmasına səbəb olacağını bildirilib.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb.