Türkiyə bu ölkədən vətəndaşlarını təxliyyə edib

Sudanda münaqişə zonasında olan Türkiyə vətəndaşları sabah üçüncü ölkə vasitəsilə təxliyə ediləcək.

ONN media xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Qeyd edək ki, son günlər Sudanda ordu ilə ölkənin xüsusi təyinatlıları arasında toqquşmalar yaşanır. Xeyli sayda ölən və yaralananlar var.

Ötən gün BMT vasitəsilə ölkədə 3 günlük atəşkəs elan olunub.