Türkiyə bu gündən Egey və Aralıq dənizində “Mavi Vətən 2021” təlimlərinə başlayıb.
ONN media xəbər verir ki, təlimlərə 87 gəmi, 27 təyyarə və 20 helikopter qatılacaq. Bundan başqa, çoxlu sayda PUA-larda öz qüvvəsini göstərəcək.
Döyüş təyyarələri arasında F-16 və F-4 qırıcıları yer da alacaq.
Qeyd edək ki, təlimlər martın 7-nə kimi davam edəcək.