ONN İnformasiya Agentliyi

Türkiyə hökumətində böyük dəyişiklik GÖZLƏNİLİR – 18 yeni nazir…

Türkiyə hökumətində böyük dəyişiklik GÖZLƏNİLİR – 18 yeni nazir…
04 Yanvar 2018 - 12:50

Türkiyə siyasI dairələrində diqqət mərkəzində olan iki məsələdən biri növbədənkənar seçki, digəri isə Nazirlər Kabinetinin dəyişilməsidir.

Erkən seçkilərin keçirilməsi bir müddətdən sonra gündəmdən düşsə də, Ankara dairələrində bu ay ərzində sürpriz kabinet dəyişikliyi müzakirə obyektinə çevrilib.

Əldə edilən məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) mart ayının sonuna qədər bitirilməsi planlanlaşdırılan rayon qurultaylarından sonra böyük qurultay qərarı alacaq. Böyük qurultayın keçirilmə vaxtı ilin sonuna qədər olsa da, partiya seçkilərdən öncə yenidənqurma üçün məclisi ən gec apreldə təşkil edəcək. Yeni təşkilatlanmadan dərhal sonra seçki kabinetinin təyin ediləcəyi bildirilib.

Son bir ayda AKP dairələrində “yanvar süprizi” haqqında fikirlər səsləndirilir. İddia edilir ki,  prezident Rəcəp Tayyib Ərdoğan kabinet dəyişikliyi üçün böyük qurultayın qərarlarını gözləməyəcək və  bu dəyişikliyi yanvarda sürpriz  bir şəkildə edəcək.

Dəyişikliyin əsas səbəbi kimi Nazirlər Kabinetində uyğunluq problemi, layihə hazırlamaq və güclü istək çatışmazlığı olduğu bildirilir.

Bir müddətdir bəzi nazirlər arasında mübahisələrin olduğu, prezidentin əhəmiyyət verdiyi layihələrin təxirə salındığı, baş nazir Binəli Yıldırımın gündəlik münasibətlərdə problemi olan nazirlərin olduğu iddiaları ən çox müzakirə edilənlər arasındadır.

Nazirlər Kabinetində 18 nazirin dəyişəcəyini iddia edənlər də var. Bu fikirlər yalnız siyasi dairələr arasında deyil, eyni zamanda yuxarı instansiyalarda da səsləndirilməyə başlanıb. AKP erkən kabinet dəyişikliyinin faydası olmayacağını, böyük qurultaydan sonra dəyişikliklərin edilməli olduğunu deyənlər var.

AKP dairələrində İstanbul, Ankara, İzmir, Bursa, Qaziantep və Antalya kimi böyük şəhərlərdə xidmət edən nazirlərin istefaya göndəriləcəyi irəli sürülür.

Qeyd edək ki, daha öncə 2017-ci il iyulun 19-da yeni Nazirlər Kabineti formalaşdırılmışdı. Müdafiə naziri Fikri İşıq baş nazirin müavini təyin edilmişdi. Baş nazirin müavini Nurətdin Canikli isə müdafiə naziri olmuşdu.(Modern.az )

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png