Türkiyə ordusu 2 şəhid verdi

Türkiyədə iki hərbçi yol qəzası nəticəsində həlak olub.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Harun Uğur və Halil Sultan Konyada avtomobil qəzasında dünyalarını dəyişiblər. Daha iki hərbçi xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

Bizi dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allah rəhmət eləsin; Onların kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr, yaralılarımıza isə şəfa diləyirik