Türkiyə ordusu Afrində yeni cəbhə açdı

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Azezdən hücuma keçib.

ONN media xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Yanvarın 20-də başlayan əməliyyatın gedişatında indiyə kimi 11 kənd YPG terrorçularından təmizlənib. Hərbi birliklər Afrində 8 kilometr irəliləyə biliblər.