Türkiyə ordusu “Zeytun Budağı” əməliyyatında iki şəhid verdi

Türkiyə ordusunun Suriyanın Afrin vilayətində keçirdiyi "Zeytun Budağı" əməliyyatı davam edir.

ONN media xəbər verir ki, əməliyyat zamanı ikinci türk hərbçisi şəhid olub. Bu məlumatı XİN rəhbəri Mevlud Çavuşoğlu verib.

Türkiyəli diplomat deyib: "Biz "Zeytun Budağı" əməliyyatı zamanı leytenant Oğuz Kağan Ustu itirdik. Oğuz Kağan Antalyada anadan olub. Leytenant vətən yolunda şəhid oldu. Biz terrora qarşı mübarizəmizi davam etdirəcəyik, onun kökünü qazıyacağıq".