ONN İnformasiya Agentliyi

Türkiyə öz vətəndaşlarına ABŞ-a səfərlə bağlı xəbərdarlıq etdi

Türkiyə öz vətəndaşlarına ABŞ-a səfərlə bağlı xəbərdarlıq etdi
12 Yanvar 2018 - 13:53

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına ABŞ-a səfərin təhlükəsizlik baxımından arzulanmaz olması ilə bağlı xəbərdarlıq edib.

ONN media-nın Türkiyə mediasına istinadən görə, bu, Türkiyənin ABŞ Dövlət Departamenti tərəfindən atılan analoji addımına cavab  addımı olub.

Türkiyə XİN-in bəyanatında deyilir ki, ABŞ-da terror və zorakılıq aktlarının, eləcə də vətəndaşlarımızın əsassız həbsi halları və hökumət orqanlarının onlara münasibətdə qanunsuz hərəkətlərinin artımı müşahidə olunur:

“Bununla əlaqədar vətəndaşlarımıza ABŞ-a səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edirik. Təcili səfərlər zamanı diqqətli olmağa çağırırıq”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti daha əvvəl amerikalılara yüksək terror təhlükəsi ilə əlaqədar Türkiyəyə səfərlərdən yayınmağı tövsiyə edib, Türkiyəni Pakistan və Sudan ilə birgə təhlükənin yüksək olduğu ölkələr sırasına daxil edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png