Türkiyə parlamentində əlbəyaxa dava olub

Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələrinin növbəti günündə dünən yaşanan gərginlik bu gün də davam edib.

ONN media Türkiyə mediasına istinadla xəbər verir ki, İYİ Partiyadan olan deputat Ümit Beyaz kürsüdə çıxış edərkən Ədalət və İnkişaf Partiyası ilə İYİ Partiya deputatları arasında mübahisə düşüb.

İYİ Partiya ilə Ədalət və İnkişaf Partiyası deputatları əlbəyaxa olublar.

Ədalət və İnkişaf Partiyasının Bursadan olan deputatı Zəfər İşıq İYİ Partiya Trabzon millət vəkili Hüseyn Örsün başına yumruq vurub.