ONN İnformasiya Agentliyi

Türkiyə parlamentinin sədri İranda Dağlıq Qarabağ münaqişəsindən danışdı

Türkiyə parlamentinin sədri İranda Dağlıq Qarabağ münaqişəsindən danışdı
16 Yanvar 2018 - 17:55

Türkiyə parlamentinin sədri İsmayıl Kahraman İranın paytaxtı Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament Şurasının konfransında iştirak edib.

ONN media xəbər verir ki, iclası İranın prezidenti Həsən Ruhani açıb. Sonradan kürsüyə çıxan İsmayıl Kahraman Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın xüsusi salamlarını çatdırıb: "Ərdoğan iclas iştirakçılarına uğurlar diləyir".

Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin əsas prinsip olduğunu qeyd edən Kahraman Krım tatarlarının problemlərinin həll edilməsində də müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı Parlament Şurasının daha çox dəstək olmasının vacibliyini vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png