Türkiyə prezidenti: ““Zeytun budağı”nı birlikdə zəfərə çatdıracağıq”

“Zeytun budağı” əməliyyatını millətimiz Azad Suriya Ordusu ilə birlikdə zəfərə, qələbəyə çatdıracaq.

ONN media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu məsələdə inancımız tamdır. Qərarlıyıq, əzimliyik. Onlar, bunlar nə demiş, dünyada o ölkə, bu ölkə bu məsələyə necə baxmış, bunları artıq dinləyəcək halımız yoxdur. Bu məsələdə qərar millətindir. Bu millət öz göbəyini özü kəsəcək. Bizi sərhədlərimizdə narahat edən 3-5 ipsizə, soysuza bu sərhədlərdə rahatlıq verməyəcəyik”,- deyə Ərdoğan sözlərinə əlavə edib.