Türkiyə şəhid verdi

Türkiyənin Mardin bölgəsində PKK terrorçuları tərəfindən kustar üsulla düzəldilmiş partlayıcı qurğu türk əsgərləri ərazidən keçən zaman partladılıb.

ONN media xəbər verir ki, partlayış nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb.

Yaralı əsgərlər Ömərli dövlət xəstəxanasına çatdırılıb.