“Türkiyə tək ürək” vəsaiti 115 milyard lirəni keçdi

“Türkiyə tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım bitib.

Kampaniya çərçivəsində toplanan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edib, 9 milyon 10 min SMS göndərilib.

Qeyd edək ki, yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək