Türkiyə tərəfi vəziyyəti dəyərləndirməyə hazırdır

ONN media Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, XİN-in sözçüsü Hami Aksoy Niderland-Türkiyə arasında yaranmış siyasi böhran vəziyyətini şərh edərkən deyib: “Əgər Niderland tərəfi iki ölkə arasında münasibətləri normallaşdırmaq istiqamətində siyasi iradə nümayiş etdirərsə, Türkiyə tərəfi vəziyyəti dəyərləndirməyə hazırdır”.

Qeyd edək ki, ötən ilin mart ayından iki ölkə arasında siyasi böhran hökm sürür.