Türkiyədə azərbaycanlı tələbələr dağıntılar altından çıxarıldı

Türkiyədə baş verən zəlzələdə iki azərbaycanlı tələbə bacılar xəsarət alıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyədə yaşayan jurnalist Nigar Ögeday Tvitter hesabında məlumat yayıb.

O bildirib ki, sözügedən tələbələr Sütçü İmam Universitetinin tələbələridir:

“Qəhrəmanmaraşda baş verən zəlzələdə İsmət Paşa məhəlləsinin Trabzon caddəsində yaşayan azərbaycanlı tələbələr – Gülşən və Jalə Cəfərovalar dağıntılar altından çıxarılıb. Hazırda hansı xəstəxanaya aparıldığı bilinmir”.