Türkiyədə bələdiyyə binasına hücum edildi

Türkiyənin Adana bölgəsində bələdiyyə binasına silahlı hücum olub.

ONN media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hücum zamanı Adana Böyükşəhər Bələdiyyə başçısı Zeydan Qaraların şəxsi katibinin müavini Səməd Güdük yaralanıb. Üç güllə yarası alan Güdük xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.

Hücumu həyata keçirən şəxsin Mikayıl G. adlı bələdiyyə işçisi olduğu iddia edilib. Polis hadisə ilə bağlı araşdırma başladıb, şübhəli polis bölməsinə gedərək təslim olub.