Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı açıqlandı

Türkiyədə baş verən zəlzələdə 912 nəfər həyatını itirib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ötən əsrdə yaşadığımız 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük fəlakətlə sarsıldıq. Hadisə zamanı 5385 vətəndaşımız xəsarət alıb. Dağıntılar altından isə 2470 nəfər xilas edilib”, – Ərdoğan bildirib.

Türkiyə lideri həmçinin vurğulayıb ki, ümumilikdə 2818 bina dağılıb.