Türkiyədə dəhşət- Avtobus aşdı

Türkiyənin Antalya şəhərinin Kəmər rayonunda turistləri daşıyan avtobus dərəyə aşıb. İlkin məlumata görə, çox sayda yaralı var.

ONN media xəbər verir ki, qəzanın sürücünün idarəetməni qəfil itirməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.