Türkiyədə daha 187 nəfər virusun qurbanı oldu

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 187 nəfər vəfat edib.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 354 269 nəfər test edilib, 20 033 yeni yoluxma halı qeydə alınıb.