Türkiyədə həlak olan tələbənin baş daşı müzakirəyə səbəb oldu

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadənin başdaşı müzakirələrə səbəb olub.

ONN media xəbər verir ki, G.Nəzərzadənin məzarı üzərində onun şəhid olduğu qeyd edilib.

Bu, sosial şəbəkə istifadəçiləri arasında tənqidlə qarşılanıb. Bildirilib ki, dağıntılar altında qalaraq dünyasının dəyişən biri şəhid statusunu daşıya bilməz.

Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.