Türkiyənin Hakkari vilayətindəki hərbi hissələrin birində partlayış baş verib.
ONN media xəbər verir ki, Partlayış nəticəsində 1 hərbçi həlak olub, 2-si isə yaralanıb. Partlayışın əl qumbarası ilə ehtiyatsız davranma nəticəsinədə baş verdiyi bildirilir.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb.