Türkiyədə hərbi təyyarə təcili eniş etdi

Türkiyədə Kayseridən təlim məqsədilə havaya qalxan “C-160” təyyarəsi təcili eniş edib.

ONN media xəbər verirki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarə yüngülcə zədələnib, ekipaj xəsarət almayıb.

Təyyarənin texniki nasazlıq səbəbindən təcili eniş etdiyi qeyd olunub.