Türkiyədə sel 4 azyaşlını apardı

Türkiyənin Cüzcə vilayətində sel və daşqınlar insan tələfatına səbəb olub.

ONN media xəbər verir ki, təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb. Onlardan 4-nün azyaşlı olduğu qeyd edilir.

Təbii fəlakət nəticəsində vilayətin 23 yaşayış məntəqəsi arasında əlaqənin də kəsildiyi bildirilir.

Qeyd edək ki, bundan öncə Trabzonda eyni səbəbdən 76 nəfər təxliyə edilmişdi, 3 nəfər isə həlak olmuşdu.