Türkiyədə sel qurbanlarının sayı artdı
Şanlıurfa və Adıyamandakı sel fəlakətində itkin düşmüş sayılan daha bir nəfərin cəsədi tapılıb. Bununla da təbii fəlakətdə həyatını itirənlərin sayı 17-yə yüksəlib.
Cəsəd Şanlıurfada zirzəmisini su basan ticarət mərkəzində aşkar olunub.
Bundan başqa sel fəlakəti yaşandığı şəhərlərdə 3 nəfərin itkin düşdüyü də bildirilir