Türkiyədə son durum: 74 nəfər həyatını itirdi

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 74 nəfər vəfat edib.

ONN media xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9205 nəfər COVID-19 infeksiyasına yoluxub.