Türkiyədə uçqun oldu- Azərbaycanlı həyatını itirdi

Türkiyənin Artvin vilayətinin Hopa və Kamalpaşa rayonları arasındakı yolda uçqun baş verib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, yolda dayanan iki TIR-ın üzərinə qaya parçaları düşüb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

Artvin valisi Yılmaz Doruk açıqlamasında ölən şəxsin Azərbaycan vətəndaşı olduğunu deyib.

Onun sözlərinə görə, uçqun Gürcüstan yolunun üzərində baş verib, yağışlardan sonra qayalar qoparaq yola düşüb.