Türkiyədə yeni əməliyyat

Türkiyənin Daxili İşlər Nazirliyi ölkədə genişmiqyaslı antiterror əməliyyatı başladıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyə DİN informasiya yayıb.

Məlumata görə, türk polisi PKK terror qruplaşması ilə mübarizə tədbirləri çərçivəsində “Qıran-5” əməliyyatını başladıb. Diyarbəkir, Bingöl və Muş ərazisini əhatə edəcək əməliyyatlarda 175 xüsusi təyinatlı dəstə iştirak edəcək.