Türkiyədə yenidən güclü zəlzələ oldu

Qəhrəmanmaraşın Onikişubat ilçəsində 4,5 bal, Kayserinin İncəsu ilçəsində isə 4,4 bal gücündə ardıcıl yeraltı təkanlar qeydə alınıb.

Bu barədə AFAD məlumat yayıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda isə 5,6 bal gücündə zəlzələ baş verib. Nəticədə 2 nəfər həlak olub, 110 nəfər isə yaralanıb.