Türkiyədə yenidən güclü zəlzələ oldu

Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 bal gücündə zəlzələ olub.

ONN media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 7 km dərinlikdə meydana gəlib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.