Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Adıyaman şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri Adıyamanın Sincik ilçəsində qeydə alınıb. Zəlzələ yerin 7 km dərinliyində meydana gəlib.