Türkiyədə zəlzələ oldu

Ərdahanın Gölə rayonunda 5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri 7 kilometr dərinlikdə qeydə alınıb.

Kandilli Rəsədxanası zəlzələnin maqnitudasının 5,3 bal olduğunu açıqlayıb.

Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur