Türkiyədə zəlzələ qurbanlarının sayı 38 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb.

ONN media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Həmçinin, fevralın 6-dan bu yana 4734 afterşokun qeydə alındığı bildirilib.