Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb.

ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.