Türkiyədə zəlzələ qurbanlarının sayı yenidən artdı

Türkiyədə baş verən zəlzələlər nəticəsində həlak olanların sayı 48 448-ə çatıb.

ONN media xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub.