ONN İnformasiya Agentliyi

Türkiyədə zəlzələlər fəsad törədib

Türkiyədə zəlzələlər fəsad törədib
01 Yanvar 2024 - 10:55

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda baş verən 3 ardıcıl zəlzələ nəticəsində 28 evdə və tövlədə çatlar yaranıb.

ONN media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, 3.5, 4.4 və 4,5 maqnitudada zəlzələlər bir sıra fəsadlar törədib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən vətəndaşlara dəyən maddi zərərin hesablanması üzrə komissiya yaradılıb.

Qeyd edək ki, Türkiyədə ötən gün 3 zəlzələ qeydə alınıb.

Zəlzələ Hakkari vilayətinin Yüksekova rayonunda baş verib. Yeraltı təkanların ocağı 2,52 km dərinlikdə yerləşib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png