ONN İnformasiya Agentliyi

Türkiyədəki səfir geri çağırıldı

Türkiyədəki səfir geri çağırıldı
05 Fevral 2018 - 16:37

Niderland Türkiyədəki səfirini geri çağırıb.

ONN medianın verdiyi məlumata görə, Niderland Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən açıqlamada bildirilir ki, buna səbəb son zamanlar iki ölkə arasında yaşanan gərginliklərin aradan qaldırılması istiqamətindəki cəhdlərin heç bir nəticə verməməsidir.

 Bildirilir ki, Türkiyənin də Niderlandda yeni səfir təyin etməsinə icazə verilməyəcək.

 Xatırladaq ki, 11 mart 2017-ci il tarixində Niderland hökuməti Rotterdama səfər etməyi planlaşdıran Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyub. Nəticədə bu, iki ölkə arasındakı əlaqələrdə böhrana səbəb olub.

M. Çavuşoğlunun Rotterdama səfərinin məqsədi Niderlandda yaşayan Türkiyə vətəndaşları arasında referendumla əlaqədar təşviqat aparmaq idi. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png