Türkiyədən ABŞ və Rusiyaya ÇAĞIRIŞ
Terror qruplaşmalarının dinc sakinlərə qarşı həyata keçirdiyi hücumların qəbul edilən heç bir tərəfi yoxdur. Onları dayandırmaq məsuliyyəti Rusiya və ABŞ-ın üzərinə düşür.
ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
“Rusiya və ABŞ razılaşma üzrə öhdəliklərini icra etməlidir. Bu yöndə yenidən onlara çağırış edirik”, – deyə Qalın bildirib.
Qalın əlavə edib ki, Ərdoğan NATO sammitinə ciddi hazırlıq görərək yollanacaq.