Türkiyədən F-16 açıqlaması: Konqres müsbət baxır!

ABŞ Konqresində F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı məsələlərə çox müsbət yanaşırlar.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Əfqan Ala ABŞ Konqresindəki görüşləri barədə danışarkən deyib.

“Türkiyənin müdafiə sənayesini gücləndirməyin NATO-ya da necə dəstək verəcəyi ilə bağlı müzakirələr apardıq. Eyni zamanda, regional və qlobal sülhə nə qədər tez dəstək verə biləcəyimizi onlarla paylaşdıq. Onlar da buna müsbət yanaşdıqlarını bildirdilər”, – partiya rəsmisi qeyd edib.

Ala vurğulayıb ki, Türkiyənin artan əhəmiyyətinin dünya getdikcə fərqindədir:

“Ankaranın problemlərə həlledici yanaşmasını təkcə biz deyil, həm də dünya görür. Bunu tərəfdaşlarımız da yüksək qiymətləndirir”.