Türkiyədən İsveçə növbəti XƏBƏRDARLIQ

Türkiyənin İsveçdəki səfirliyi önündə Qurani-Kərimin yandırılmasına icazə verilməsi alçaqlıqdır. İslam düşməni, irqçi, faşist siyasətçiyə belə bir təxribat üçün icazə verənlər odla oynayır.

ONN media xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuş sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı İsveçin Türkiyədəki səfiri XİN-ə çağırılıb.