Türkiyədən Trampı şoka salan qərara – Reaksiya

Qlobal ədalət və vicdan adından bu tarixi qərar xeyirli olsun.

ONN media xəbər verir ki, bu açıqlama ilə Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın çıxış edib.

BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarının rədd edilməsinə münasibət bildirən Qalın bunları qeyd edib:

"Tramp rəhbərliyinin Qüds qərarını rədd edən qətnamə layihəsi BMT Baş Assambleyasında 9 səsə qarşı 128 səslə qəbul edilib. Qüds adına, Fələstin davası adına, qlobal ədalət və vicdan adına bu tarixi qərar xeyirli olsun".