İraqın şimalında Türkiyə ordusunun iki əsgəri şəhid olub.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyatlar zamanı terrorçularla şiddətli toqquşma baş verib. Nəticədə 2 əsgər şəhid olub. Terrorçuların itkiləri barədə məlumat yoxdur.
Açıqlamaya görə, İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlar davam edir.