Türkiyəli hərbçilərlə terrorçular arasında ŞİDDƏTLİ TOQQUŞMA – 2 əsgər şəhid oldu

İraqın şimalında Türkiyə ordusunun iki əsgəri şəhid olub.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyatlar zamanı terrorçularla şiddətli toqquşma baş verib. Nəticədə 2 əsgər şəhid olub. Terrorçuların itkiləri barədə məlumat yoxdur.

Açıqlamaya görə, İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlar davam edir.